Azərbaycan əhalisi avqustda dollar alışını 3% artırıb
Bu ilin avqust ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 154 378,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 72 118,9 min dollar və ya 31,8 % azdır.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, iyul ayı ilə müqayisədə isə avqustda ölkə əhalisi dollar alışını 4 701,4 min dollar və ya 3,1% artırıb.
Bundan başqa, bu ilin avqust ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 92 350,1 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 49 032,5 min dollar və ya 34,7% azdır, bu ilin iyul ayı ilə müqayisədə isə 3 584,6 min dollar və ya 3,8% çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət