Slimfit
  1. SİYASƏT

Azərbaycan dünyada baş verən qlobal məsələlərin həllinə ciddi töhfələr verir - Şahin İsmayılov

Azərbaycan dünyada baş verən qlobal məsələlərin həllinə ciddi töhfələr verir - Şahin İsmayılov
Sakura

Azərbaycan dünyada baş verən qlobal məsələlərin həllinə ciddi töhfələr verir - Şahin İsmayılov

Bakı dünyada böyük nüfuza malik olan beynəlxalq tədbirlərin keçirildiyi paytaxt şəhəridir. Burada həyata keçirilən qlobal tədbirlərin hər biri yüksək səviyyədə təşkilatçılıq, peşəkarlıq, qonaqpərvərlik, əlamətdar hadisələr və mühum qərarların qəbulu ilə yadda qalır. Martın 9-da start götürən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu belə uğurlu tədbirlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu Forum dünyanın diqqətini cəlb edir və müzakirə mövzusuna görə böyük əhəmiyyət kəsb edir. 60 ölkədən 350 nəfər iştirakçının qatıldığı Bakı Qlobal Forumunda 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Bu baxımdan müzakirlərin səviyyəsi kifayət qədər yüksəkdir. Peşəkarlıq və davamlılığın nəticəsində Bakı Qlobal Forumu aparıcı beynəlxalq foruma çevrilib.

Prezident İlham Əliyev Forumun açılışında çıxış edərkən bir sıra vacib məqamlara toxundu. Azərbaycanın bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdığını qeyd edən Azərbaycan Prezidenti BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduğumuzu, pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olunmasını, Pandemiya ilə mübarizəyə həsr olunmuş Zirvə toplantısının keçirilməsini, peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdığımızı, Hərəkatın 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılmasını və bir sıra digər fəaliyyətləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bütün bunlar göstərir ki, Azərbaycan dünyada baş verən qlobal məsələlərin həllinə ciddi töhfələr verir.

Prezident İlham Əliyevin diqqət yönləndirdiyi məsələlərədən biri də Azərbaycan – Ermənistan münasibətləridir. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT-in Minsk qrupu təsis edilsə də 28 il ərzində onlar hər hansı nəticəyə nail olmadı. Bu o deməkdir ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə həm də, münaqişəni daimi dondurmaq istəyən bəzi qüvvələrə də qalib gəlmiş oldu. Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olmasını qeyd edən Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin əvvəlkindən daha yaxşı yaşayacağını bildirdi. Bu heç kimdə şübhə doğurmur. Azərbaycanın dünyada nüfuzlu ölkə kimi tanınması, güclü iqtisadiyyata malik olması, beynəlxalq hüquqa əməl edən ədalətli dövlət olması bunu isbat edir. Ermənistanın siyasi rəhbərliyi də onlar üçün yaranan bu böyük şansdan yararlanmalıdır. Bu, regionda sülhün bərqərar olunması və insanların əmin-amanlıq içində yaşaması üçün ən düzgün yoldur.

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR