Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları kəskin azalıb

Azərbaycan Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları kəskin azalıb
Sakura

Azərbaycan Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları kəskin azalıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) pul bazarı fondlarına investisiyalarının həcmi ötən il təxminən 10 dəfə azalaraq 198,518 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Fondun 2017-ci il üzrə illik maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, investisiyaların 173,933 mln. manatı (11 dəfə azalma) kredit reytinqləri AAA olan “BlackRock ICS-Institution Liquidity Funds plc”, 24,585 mln. manatı isə (3 dəfə artım)“The Goldman Sachs Group, Inc” pul bazarı fondlarına qoyulub.

Qeyd edək ki, pul bazarı fondlarına investisiyalar bu fondların tələbi əsasında ödənilən səhmlərdən ibarətdir və yüksək dərəcədə likvidlidir. Bu fondlar aktivlərini qısamüddətli borclara və bununla bağlı alətlərə, məsələn, kommersiya qiymətli kağızlarına, depozit şəhadətnamələrinə, faiz dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, avrobondlara və aktivlərlə təmin edilmiş qiymətli kağızlara yatırır. Fonda ödəniləcək faiz və dividendlər yenidən investisiya edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR