Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı - Savalan Cabbarov Allahverdi oğlu

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı - Savalan Cabbarov Allahverdi oğlu
Sakura

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi qurbanı - Savalan Cabbarov Allahverdi oğlu

Doğum tarixi: 16 oktyabr 1987-ci il
Doğum yeri: Yevlax
Vəfatı: 30 aprel 2009-cu il (21 yaşında)
Vəfat yeri: Bakı
Vəfat səbəbi: Qətlə yetirilib

Cabbarov Savalan Allahverdi oğlu (16 oktyabr 1987 - 30 aprel 2009) — Azərbaycan Dövlət Neft Akademiyasında 2009-cu il aprelin 30-da baş verən terror aktının qurbanı. Terrorçunun üzərinə atılaraq onu zərərsizləşdirməyə çalışarkən qətlə yetirilmişdir.
Həlak olanlar arasında Savalanı fərqləndirən əsas cəhət onun terrorçuya son ana qədər müqavimət göstərməsi, onu zərərsizləşdirmək istəməsidir.

Əslən Yevlax rayonundan olan Savalan Cabbarovun ailəsi Bakının Nizami rayonunda yaşayır. Savalan bacısı ilə birlikdə ailənin 2 övladından biri idi. Hər iki övlad atalarının yolunu davam etdirmək üçün Neft Akademiyasında təhsil alırdılar.
Savalan Cabbarov 1987-ci il 16 oktyabrda anadan olmuşdur. 1994-cü ildə Nizami rayonundakı 129 saylı orta məktəbə getmiş, 5 il burada təhsil aldıqdan sonra Yasamal rayonundakı Fizika-Riyaziyyat liseyinə daxil olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsinə qəbul olmuşdur.
Hadisələrin tarixçəsi

Aprelin 30-u 4-cü kurs tələbəsi olan Savalanın ikinci buraxılış imtahanı idi. Hər şey də məhz imtahan vaxtı baş verib. Savalanın mobil telefonuna həmin korpusda, birinci mərtəbədə dərsdə olan bacısı Nərminədən zəng gəlib.
Nərminə Cabbarova: "Dedim, Savalan həqiqətən də burda uşaqları vururlar. Gördüm qorxdu. Dedi hardasan? Dedim çöldəyəm, gözlə gəlirəm deyib səsi kəsildi".
5-ci mərtəbədə yerləşən imtahan otağından çıxan Savalan terrorçu ilə elə bu mərtəbədə qarşılaşır. Savalanın arxasınca çıxan iki qrup yoldaşı, həm də ən yaxın dostları Ayaz Bağırov və Taleh Məmmədov Fərda Qədirovun atdığı güllələrə tuş gələrək can verirlər. Savalan terrorçunu zərərsizləşdirmək üçün onun üzərinə atılır və əlbəyaxa olurlar. Terrorçu Savalandan qurtarmaq üçün onun çiyninə bir dəfə atəş açır. Daha bir güllə Savalanın ayağına dəyir. Savalanın müvazinətini itirdiyini görən qatil onun sifətinə 3 güllə vurur.
Bacısı Nərminə Cabbarova: "Qrup yoldaşları deyir ki, biz Savalana yaxınlaşanda, o dəhşət ağlayırdı. Xəstəxanaya aparılanda, yolda keçinib. Güllələrdən 2-si sinəsinə, biri dizinə, 3-ü isə başına dəyib".

 

www/Facebook.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR