Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? - Rəsmi açıqlama

Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? - Rəsmi açıqlama
Sakura

Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? - Rəsmi açıqlama

“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var. Onlar Almaniya, İsveç, Fransa, ABŞ, Finlandiya, Ukrayna, Gürcüstan, Rusiyada olan fəallarımızdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Komitə tərəfindən həmin şəxslərin əksəriyyətinin gündəlik vəziyyəti ilə maraqlanılır:

“Hazırda onların vəziyyəti yaxşıdır. Diaspor fəallarımızı və vətəndaşlarımızı ciddi narahat edən məsələ yoxdur”.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, diplomatik nümayəndələrimiz arasında yoluxma halı baş verməyib:

“Onlar gücləndirilmiş şəkildə işlərini davam etdirirlər”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR