Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan…
Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
Axar.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Rüfət Məmmədov gümüş medala sahib olub.
O, həlledici görüşədək bosniya və herseqovinalı Saşa Byelitsanı 58 saniyəyə, ermənistanlı Albert Mkrtçyanı 1 dəqiqə 26 saniyəyə, almaniyalı Şamil Cavbatırovu 2 dəqiqə 10 saniyəyə, gürcüstalı Aleko Mamiaşvilini 2 dəqiqə 37 saniyəyə və italiyalı Leonardo Kasalyanı 1 dəqiqə 21 saniyəyə ipponla məğlub edib. Azərbaycanlı cüdoçu yalnız finalda kosovolu Akil Qyakovaya 2 dəqiqə 45 saniyəyə ipponla uduzub.
İlk yarış günündə Rəşad Yelkiyev (60 kq) bürünc medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət