Dərc edildi: Baxış sayı: 200
Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək
Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi hazırlanır.
Ens.az xəbər verir ki,bu barədə “Report”un yerli bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, vətəndaşlar iyulun 11-də koronavirusla bağlı testdən keçiriləcəklər. Nəticələr 1 gündən sonra səfirliyə təqdim olunacaq.
Test nəticələri mənfi çıxan və COVID-19 pasportu veriləcək Azərbaycan vətəndaşları iyulun 13-dən xüsusi ayrılmış avtobuslarla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Qeyd edək ki, iyunun 23-də 178 Azərbaycan vətəndaşının vətənə çatdırılması təmin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət