Azərbaycan cüdoçusu II Avropa Oyunlarında yarımfinala yüksəlib
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yarımfinala yüksəlib.
"Report" xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək.
Azərbaycanın digər cüdoçularına gəlincə, Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda yerli idmançı Yahor Varapayevi, ardınca fransalı Aurelian Diesseni üstələyib. O, 1/4 finalda Mikayıl Özerlərlə qarşılaşacaq.
100 kq-da mübarizə aparan cüdoçulardan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitkini, ardınca isə estoniyalı Qriqori Minaskini məğlub edib. O, 1/4 finalda fransalı Cyrille Maret ilə üz-üzə gələcək. Eyni çəkidəki Zelim Kotsoyev isə ilk olaraq serbiyalı Boyan Doseni məğlub etsə də, daha sonra Belçika təmsilçisi Toma Nikiforovla bacarmayıb.
Qadın cüdoçu İrina Kindzerska (+78 kq) isə 1/8 finalda almaniyalı Jasmin Kuelbsi məğlub edərək 1/4 finala yüksəlib. O, 1/4 finalda Böyük Britaniyadan olan Sara Edlinqton görüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət