Azərbaycan cüdoçusu dünya çempionatının finalına yüksəldi
Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.
Milli.Az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın idmançısı Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxıb.
Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitski ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə Aleksandr Qordiyenkoya (Ukrayna) 2 dəqiqə 9 saniyəyə ipponla qalib gəlib. Cüdoçumuz 1/4 finalda Lukas Krpaleki (Çexiya) məğlub edib. Kokauri yarımfinalda Bekmurod Oltiboyevlə (Özbəkistan) qarşılaşacaq. Uşanqi Kokauri özbək rəqibinə 25 saniyəyə ipponla qalib gələrək dünya çempionatının finalına yüksəlib. O, finalda gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət