Dərc edildi: Baxış sayı: 329
Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksələ bilməyib
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançının rəqibi yaponiyalı son dünya çempionu Soiçi Haşimoto olub. Görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Lakin əlavə bölümdə Haşimoto ipponla qələbə qazanaraq, finala yüksəlib. Heydərov isə bürünc medal uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.
Tsend-Oçir 1/8 finalda azərbaycanlı digər cüdoçu Rüstəm Orucovu mübarizədən kənarlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət