Slimfit
  1. İDMAN

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə yarımfinala yüksəlib
Sakura

Azərbaycan cüdoçusu Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, 66 kq çəkidə çıxış edən 28 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı Erlan Serikcanovdan güclü olub. O, bunadək almaniyalı Sebastyan Seydli, israilli Tal Flikeri və rusiyalı Mixail Pulyayevi üstələyib.

Səfərov finala vəsiqə uğrundan kubalı Orlando Polanko ilə qarşılaşacaq.

Qadınların mübarizəsində Aleksandra-Larisa Florian 1/4 finala çıxıb. 57 kq çəkidə yarışan 24 yaşlı rumıniyalı legioner ardıcıllıqla cənubi koreyalı Yu Jvonq Kvon və çinli Ven Janqı məğlub edib. O, yarımfinala vəsiqə üçün macarıstanlı Hedviq Karakasla görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. Bu gün mübarizə aparanlardan Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə medal qazanmaq şanslarını itiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR