Azərbaycan cüdoçuları daha bir bürünc medal qazanıblar
Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan cüdoçusu Elmar Qasımov (100 kq) ölkəmizə 10-cu medalı qazandırıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində yarışda iştirak edən idmançımız üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçi ipponla məğlubiyyətə uğradıb.
Bununla da cüdoçularımız “Minsk 2019”da bir gümüş və üç bürünc medal qazanıblar.
Elmar Qasımov onaltıdabir finalda ukraynalı Anton Savitskiyə qalib gələrək səkkizdəbir finala yüksəlib. İdmançımız bu mərhələdə estoniyalı Qriqori Minaşkini ipponla (11:0) məğlubiyyətə uğradaraq adını dörddəbir finala yazdırıb. Lakin cüdoçumuz dörddəbir finalda fransalı Siril Maneyə məğlub olub. Təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdıran idmançımız üçüncü bürünc medal uğrunda görüşə qatılma haqqı əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət