Slimfit
  1. İDMAN

Azərbaycan cüdo yığması dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan cüdo yığması dünya çempionatına qələbə ilə başlayıb
Sakura

Azərbaycan cüdo yığması dünya çempionatına qələbə ilə başlayıb

 Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

"Report"un məlumatına görə, yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən  yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub.  Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib. 

Kişilərdən Tural Safquliyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1. 

1/4 final mərhələsində rəqib Yaponiya olacaq. 

Dünya çempionatı

27 sentyabr

Komanda yarışları

1/8 final

Azərbaycan - Avstriya - 4:1

57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.

70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1

+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0

90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0

+90 kq. Uşanqi Kokauri - Daniel Allerstorfer - 1:0

73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR