Dərc edildi: Baxış sayı: 293
Azərbaycan çempionu UEFA Region Kubokunda ikinci oyununu keçirib
Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda ikinci oyununu keçirib.
“Report” xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin II turunda İspaniyanın “Kastilya-i-Leon” komandasına uduzub – 0:2.
Qeyd edək ki, VI qrupda yer alan “Uğur” ilk turda Ukraynanın “Lvov Region” kollektivinə 0:4 hesabı ilə məğlub olub. Sumqayıtlılar oktyabrın 8-də sonuncu tur çərçivəsində Finlandiyanın "Qərb Rayon Komandası" ilə üz-üzə gələcək. Bu qrupun oyunları Lvovda keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət