Azərbaycan çempionu avrokubokda mübarizəyə məğlubiyyətlə başlayıb
Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda mübarizəyə məğlubiyyətlə başlayıb.
“Report” xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi ilk matçında Ukraynanın “Lvov Region” kollektivinə uduzub – 0:4.
Rəqibin qollarını Mixaylo Kit-Kopyliak, Nazar Tsyubka, Rostislav Mixalçuk və Boqdan Fostakovski vurub. Onlar müvafiq olaraq, 17, 75, 84 və 89-cu dəqiqələrdə fərqləniblər.
Qeyd edək ki, “Uğur” “Lvov Region”la yanaşı, İspaniyanın “Kastilya-i-Leon” və Finlandiyanın "Qərb Rayon Komandası" ilə birgə VI qrupda yer alıb. Bu qrupun oyunları Lvovda keçirilir. Təqvimə əsasən, sumqayıtlılar oktyabrın 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət