Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir
Sakura

Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında ötən il imzalanan Anlaşma Memorandumuna əsasən cari ilin ikinci yarısında Azərbaycanda regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

"APA-Economics"in xəbərinə görə, bunu Rumıniyanın paytaxtı Buxarest şəhərində Parlament Sarayında Deputatlar Palatasının sədrinin və Rumıniya hökumətinin təşkilatçılığı ilə Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı deyib.

Qeyd edək ki, Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti çərçivəsində təşkil edilən Kiberdiplomatiya Üzrə Beynəlxalq Konfransda (ICCD) Rumıniya Senatı Nicolae Ionel Cıucă, Rumıniyanın digər rəsmi şəxsləri və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.

Xidmət rəisi çıxışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyətindən bəhs edib.

Sammit çərçivəsində Kibertəhlükəsizlik və Texnologiyada Regional Diplomatik Təşəbbüslər, Kiberdiplomatın fəndi: Rəqəmsal əsrdə diplomatiya sənəti, Təhlükəsiz Rəqəmsal Ticarət Mühitinin Təşviqi, İnkişaf etməkdə olan Texnologiyalar üçün Əməkdaşlığın Hüquqi Çərçivələri mövzusunda panel müzakirələr aparılıb. Panel müzakirələrdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov iştirak edib.

T.Məmmədov qlobal xidmət provayderlərdə toplanan fərdi məlumatlardan qeyri-etik istifadə hallarından, onların fərdlərin seçim azadlığına təsir imkanlarından, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlərdən və belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərinin təhlükələrindən danışıb. O cümlədən T.Məmmədov süni intellektin etik istifadə sahələrindən danışaraq, bu kimi hallarla mübarizə və əməkdaşlıqlar üçün Kiberdiplomatiya kimi platformaların effektivliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti işini davam etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR