Azərbaycan bu meyvənin xaricə satılmasından 45 milyon qazanıb
Faktxeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 181 milyon ABŞ dolları təşkil etmişdir.
2018-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (88,4 milyon ABŞ dolları) liderlik etmişdir. Daha sonra bu siyahıda Türkiyənin (27,5 milyon ABŞ dolları), Gürcüstanın (10,6 milyon ABŞ dolları), İsveçrənin (8,9 milyon ABŞ dolları), Ukraynanın (7,8 milyon ABŞ dolları) və digər ölkələrin adları vardır. Cari ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon ABŞ dolları) ikinci olmuşdur. Bu siyhaıda üçüncü yeri pomidor (12,3 milyon ABŞ dolları) tutmuşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət