Dərc edildi: Baxış sayı: 499
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 146 milyon dollar artırıb
Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə öhdəliklərinin artımı 145,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,35% azdır.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, xalis maliyyə öhdəliklərinin artımı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 250,1 milyon dollar artımı (23,8% az), neft bonusunun 451,6 milyon dollar artımı (0,2% çox), portfel investisiyalarının 87 milyon dollar azalması (4,3 dəfə çox) və digər investisiyaların 760,3 milyon dollar azalması (6,8 dəfə çox) hesabına baş verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət