Dərc edildi: Baxış sayı: 587
Azərbaycan bu il 52 milyon dollarlıq polipropilen ixrac edib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 64,4 min ton polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 51,8 milyon ABŞ dolları təşkil edib.
Səkkiz ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,49% olub.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət