Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan bu göstəricilərdə çox geri qalır – Reytinq

Azərbaycan bu göstəricilərdə çox geri qalır – Reytinq
Sakura
:0

Azərbaycan bu göstəricilərdə çox geri qalır – Reytinq

Azərbaycan Ümumdünya İqtisadiyyat Forumunun “qlobal gender bərabərsizliyi indeksi” reytinqində mövqeyini yaxşılaşdırıb.

Axar.az xəbər verir ki, reytinq cədvəlindəki 153 ölkə arasında Azərbaycan 94-cü yeri tutub. Keçən illə müqayisədə Azərbaycan siyahıda üç pillə irəliləyib.

Şərqi Avropa və Mərkəzi Asiya regionundan reytinq cədvəlində 26 ölkə arasında 23-cü yeri tutan Azərbaycan bu göstərici ilə Ermənistan, Macarıstan və Tacikistanı qabaqlayıb.

Hesabata əsasən Azərbaycanda qadınlar iqtisadi həyata (33-cü yer) kifayət qədər aktiv cəlb olunub. Təhsil səviyyəsinin yüksəkliyinə görə ölkəmiz 60-cı yerdə qərarlaşıb.

Siyasi baxımından gender bərabərliyinə görə isə Azərbaycan dünyada sonuncu yerlərdən birini - 140-cı yeri tutub.

Parlamentdə qadınların təmsilçiliyi baxımından da Azərbaycan ürəkaçıcı mövqedə deyil - 107-ci yer. Üstəlik, Azərbaycan heç bir qadın nazirin olmadığı 10 ölkə sırasında qərarlaşıb.

Ənənəvi olaraq reytinq cədvəlinə İslandiya, Norveç, Finlandiya və İsveç başçılıq edib. İlk onluqda həmçinin Nikaraqua, Yeni Zelandiya, İrlandiya, İspaniya, Ruanda və Almaniya da yer alıb.

Cədvəldəki ən son pilləyə isə Pakistan, İraq və Yəmən sahiblənib. Gender bərabərliyi məsələsində cari ildə ən böyük sıçrayışı İspaniya, Efiopiya, Meksika və qonşumuz Gürcüstan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR