Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan brendləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək

Azərbaycan brendləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək
Sakura

Azərbaycan brendləri “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək

30 avqust – 1 sentyabr tarixlərində Çində “6-cı Çin-Avrasiya” Sərgisi keçiriləcək. Azərbaycan şirkətləri də bu sərgidə öz məhsulları ilə təmsil olunacaq.

Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında “6-cı Çin-Avrasiya” Sərgisində iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 15 şirkətin təmsilçisi iştirak edib.

İclasda, Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasının önəmi qeyd edilib, Azərbaycan brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi bildirilib. Məlumat verilib ki, AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə beynəlxalq sərgilərdə iştirak edəcək yerli şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçiriləcək, onlarla beynəlxalq sərgilərdə iştirak məsələlərinə dair müzakirələr aparılacaqdır.

Tədbir çərçivəsində yerli şirkətlərin nümayəndələrinə İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, onların “6-cı Çin-Avrasiya” Sərgisinə, “Made in Azerbaijan” brendinə, xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR