Slimfit
  1. İQTİSADİYYAT

"Azərbaycan Bolqarıstanın qaz tələbatının təxminən 30%-ni ödəyəcək"

"Azərbaycan Bolqarıstanın qaz tələbatının təxminən 30%-ni ödəyəcək"
Sakura

Azərbaycan qazı Bolqarıstanın tələbatının təxminən 30%-ni ödəyəcək. Bunu Bolqarıstanın energetika naziri…

“Şahdəniz” yatağından Bolqarıstana illik 1 mlrd. kubmetr qaz tədarükünə dair “Bulgargaz” və SOCAR arasında müqavilə enerji sahəsində prioritetlərimizin reallaşdırılması məqsədilə əsas önəm kəsb edir. Bolqarıstan hökuməti qonşu dövlətlərlə sistemlərarası qaz birləşmələrinin inşası vasitəsilə qaz tədarükünün şaxələndirilməsi üçün fəal səy göstərir”, - T.Petkova Sofiyada keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası komissiyanın V iclasında qeyd edib.

 

Onun sözlərinə görə, bu layihələr arasında “reallaşdırılması artıq dönməz olan” Yunanıstan-Bolqarıstan interkonnektoru əsas əhəmiyyət kəsb edir. Nazir xatırladıb ki, qaz kəməri 2020-ci ildə istifadəyə veriləcək. Bu dövrdə həm də Azərbaycan qazının ilk tədarükü gözlənilir. “Azərbaycan qazı Bolqarıstanın qaz tələbatının təxminən 30%-ni ödəyəcək, bu da ölkənin enerji təhlükəsizliyini mühüm dərəcədə artıracaq”, - T.Petkova vurğulayıb.

 

Həmçinin nazir qeyd edib ki, Bolqaristanın qazlaşdırılmasında SOCAR-ın iştirakı Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsinə imkan yarada bilər.

“Cari ilin əvvəlində Bolqarıstanla Azərbaycan arasında birbaşa reyslərin açılması iki ölkə arasında ticarət əlaqələrini gücləndirib. Eyni zamanda, qarşılıqlı ticarət dövriyyəsinin gələcəkdə artımı üçün böyük imkanlar var. 2017-ci ilin yekunları üzrə ticarət dövriyyəsinin artımı 2016-cı illə müqayisədə 38% təşkil edib”, - T.Petkova bildirib.

 

İclas çərçivəsində tərəflər həmçinin iqtisadiyyatın digər sektorlarında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

“Bolqarıstan ASK, ərzaq sənayesi, turizm sahələrində çoxillik ənənələrə malikdir və Aİ-nin aparıcı dövlətlərindən biridir. 2018-ci ilin yekunalrı üzrə ölkədə ÜDM-in artımı 4% səviyyəsində proqnozlaşdırılır. Ölkədə vergilər Aİ-də ən aşağı səviyyədə olanlar sırasındadır, bu da Bolqarıstanı sərmayələr üçün cəlbedici edir”, - nazir bəyan edib.

 

Mənbə: Marja.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR