Slimfit
  1. İDMAN

Azərbaycan boksçuları Ukraynada beynəlxalq turnirdə 6 medala sahib olub

Azərbaycan boksçuları Ukraynada beynəlxalq turnirdə 6 medala sahib olub
Sakura

Azərbaycan boksçuları Ukraynada beynəlxalq turnirdə 6 medala sahib olub

Ukraynanın Xarkov şəhərində Sergey Danilçenkonun şərəfinə yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. 

ONA-nın məlumatına görə, 7 ölkənin iştirakı ilə təşkil olunan yarışda Azərbaycan milli komandası da mübarizə aparıb. 

Vaqif Kazımovun yetirmələri turniri 6 medalla başa vurublar. Belə ki, 46 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Hüseynov qızıl medala sahib olub. O, finalda ukraynalı Boqdan Roqoznıya 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. 

N. Hüseynovdan fərqli, Zaur Qəhrəmanov (48 kq) həlledici görüşdə Dmitri Molodana (Ukrayna) 2:3 (28:29, 27:30, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib. 

Digər boksçularımızdan Əli Ələsgərli (52 kq), Turğay Mirzəyev (57 kq), Rəmiş Cəfərov (75 kq) və Cəfər Heydərli (80 kq) yarışı üçüncü pillədə bitiriblər. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR