Slimfit
  1. İDMAN

Azərbaycan boksçuları “Sankt-Peterburq qubernatorunun kuboku”nu 2 qızıl və 1 bürünc medalla bitiriblər

Azərbaycan boksçuları “Sankt-Peterburq qubernatorunun kuboku”nu 2 qızıl və 1 bürünc medalla bitiriblər
Sakura

Azərbaycan boksçuları “Sankt-Peterburq qubernatorunun kuboku”nu 2 qızıl və 1 bürünc medalla bitiriblər

Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” başa çatıb. 

ONA-nın məlumatına görə, Azərbaycan millisi 10-cu dəfə keçirilən və 15 ölkənin qatıldığı ənənəvi beynəlxalq turniri 2 qızıl və 1 bürünc medalla başa vurub. 

52 kq çəki dərəcəsində rinqə çıxan Məsud Yusifzadə finalda monqolustanlı Enx-Mandax Xarxuu ilə üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. 

Məhəmməd Abdullayev (+91 kq) də həlledici görüşü qələbə ilə bitirib. O, finalda moldovalı Aleksey Zavatinə 5:0 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Rahil Məmmədli (91 kq) isə turnirdə bürünc medala sahib olub.

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. Millimizi yalnız 3 qızıl medal qazanan Özbəkistan qabaqlayıb. Rusiya boksçuları isə "üçlüy"ü qapayıb. Onlar 1 qızıl, 5 gümüş və 13 bürünc medala yiyələniblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR