Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan 'biznes klass' avtomobillərin kütləvi istehsalına başlayır

Azərbaycan 'biznes klass' avtomobillərin kütləvi istehsalına başlayır
Sakura

Azərbaycan 'biznes klass' avtomobillərin kütləvi istehsalına başlayır

Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda "biznes klass" sinfinə daxil olan avtomobilin kütləvi satışı üçün yığımına başlanacaq.

Bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"nin təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil  avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC"nin qiyməti modifikasiyasından asılı olaraq 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".

"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR