Dərc edildi: Baxış sayı: 509
Azərbaycan Beyrutdakı partlayışa görə Livana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Livana başsağlığı verib.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.
“Beyrut limanında baş verən dəhşətli partlayışlarla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tez sağalmasını arzu edirik”,- deyə qeyd olunub.
Xatırladaq ki, avqustun 4-də Beyrutda pirotexniki anbarda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4 mindən çox insan yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət