Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan bazarında süni qidalar var? - Ekspertdən ilginc açıqlama

Azərbaycan bazarında süni qidalar var? - Ekspertdən ilginc açıqlama
Sakura

Azərbaycan bazarında süni qidalar var? - Ekspertdən ilginc açıqlama

Saxta qida məhsullarını əsrin bəlası adlandırsaq, yəqin yanılmarıq. Tez – tez mətbuatda müxtəlif qida məhsullarının saxta versiyasının hazırlanması ilə bağlı xəbərlər yer alır.

Hər bir məhsulun saxtasını yaratmaqda ustalaşmış Çin artıq istifadə etdiyimiz bir çox ərzaq məhsullarının da saxtasını hazırlayır. Təəssüf ki, bu saxta məhsullardan bir çoxu yerli bazara da ayaq açıb.
Vətəndaşlar isə bəh-bəhlə aldığı qida məhsullarının hansının real, hansının saxta olduğunu aydınlaşdırmaqda çətinlik çəkir. Çünki məhsulun təbii və ya saxta olduğunu adi gözlə müəyyənləşdirmək asan proses deyil.

 

Marketlərdə, bazarlarda qida məhsulları alarkən öncə məhsulun üzərindəki məlumatlara, qablaşdırmaya və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Qablaşdırma tam şəkildə olmalı, üzərində deşik, kəsik olmamalıdır. Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırma sizi çaşdırmamalıdır. Mütləq məhsulun üzərində tərkibi haqqında informasiya verən mətnə diqqət yetirin. Burada məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və digər vacib məlumatlar öz əksini tapır. Məlumatların əcnəbi dillərlə yanaşı, Azərbaycan dilində də olması vacibdir.

Ədviyyatlardan tutmuş, ət, yumurta, düyü, kələm və digər tərəvəzlərə qədər tez-tez istifadə etdiyimiz qida məhsullarının saxtası hazırlanır. Hətta bir çox xarici ölkələrdə restoranlarda sırf süni şəkildə hazırlanan qida məhsullarından istifadə olunur.
Bəs, Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan bazarında hələki süni qida məhsulları geniş yayılmayıb.
"Azərbaycan bazarında uzun illərdir süni balıq kürüsü geniş yayılıb. Bu cür balıq kürüləri standartlara uyğun istehsal olunsa da, təbii kürü ilə əlaqəsi yoxdur. Digər bir məhsul içkilərdir. İstehsal olunan içkilər standartlara uyğun deyil. Bunun xaricində Azərbaycanda hələ ki, süni düyü, yumurta, ət kimi məhsulların sünisi yoxdur. Lakin azad bazar iqtisadiyyatı dövründə yaşadığımız üçün bu cür məhsulların yerli bazara ayaq açması istisna olunmur. Bu cür məhsulların üzərində mütləq süni olunması qeyd olunmalıdır ki, istehlakçı hüquqları pozulmamış olsun".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR