Dərc edildi: Baxış sayı: 1066
“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən üç şəhid pilotumuz
Bu gün 9 noyabr Dövlət Bayrağı günü qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamından sonra noyabrın 9-u Dövlət Bayrağı günü qeyd olunur. Belə bir gündə üçrəngli bayrağımıza və torpağımıza görə canından keçən və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan üç şəhid pilotumuzu xatırlamaq yerinə düşərdi.
Beləliklə, Moderator.az 2016-cı il aprel döyüşləri zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olan üç şəhid pilotumuz haqda yazını təqdim edir:
1. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Təbriz Taryel oğlu Musazadə. O, 1981-ci ilin 12 avqustunda Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub. 2016-cı il aprel döyüşləri zamanı Mi-24 helikopteri ilə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmada, Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı helikopterin vurulması nəticəsində şəhid olub. Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin iki oğlu yadigar qalıb.
2. Azərbaycan Hərbi Qüvvələrinin mayoru Urfan Üzeyir oğlu Vəlizadə. 1978-ci ilin noyabrın 1-də Bakı şəhərində anadan olub. Türkiyədə təhsil alıb və 2001-ci ildən vətənə qayıdaraq xidmətə başlayıb. 2016-cı il aprel döyüşləri zamanı Mi-24 helikopterinin ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin iki qızı yadigar qalıb.
3. Baş-leytenant Əbu Bəkir Vüqar oğlu İsmayılov. O, 1990-cı il fevralın 10-da Kürdəmir şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. 2016-cı il aprel döyüşləri zamanı Mi-24 helikopterinin vurulması zamanı qəhrəmancasına şəhid olan üçüncü pilotumuzdur. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin bir övladı yadigar qalıb.
Qeyd edək ki, hər üç şəhid pilotumuz aprelin 11-də İkinci Fəxri Xiyabanda böyük izdihamla dəfn edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət