Dərc edildi: Baxış sayı: 556
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Cocuq Mərcanlıda vətəndaşlarla görüşəcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşları qəbul edəcək.
Bu barədə “Report”a AAYDA-dan bildirilib.
Məlumata görə, qəbul saat 11:00-da, Agentliyin Cocuq Mərcanlıda yerləşən “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin binasında keçiriləcək. Qəbulda Cocuq Mərcanlı kəndinin, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər. Vətəndaşların yalnız avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət