Slimfit
  1. İDMAN

Azərbaycan Avstriyaya qarşı - AVRO-2024

Azərbaycan Avstriyaya qarşı - AVRO-2024
Sakura

Azərbaycan Avstriyaya qarşı - AVRO-2024

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Ens.az Trend -ə istinadən xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşün baş hakimi yunanıstanlı Aristotelis Diamantopulos olacaq. F qrupunun digər matçında qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Belçika İsveçi qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

VIII tur

20:00. Azərbaycan - Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, qrupda 6 oyundan sonra Belçika 16 xalla liderdir. Avstriya 13 xalla ikinci, beş matç keçirmiş İsveç 6 xalla üçüncü, Azərbaycan 4 xalla 4-cü sıradadır. Bir xalı olan Estoniya isə sonuncu pillədə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR