Slimfit
  1. İDMAN

Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb
Sakura

Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb

Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

"Report"un məlumatına görə, 3 təkanla tullanma növündə Aleksis Kopelyo gümüş medala sahib olub. Kubalı legioner 6 cəhdindən ən yaxşısını 16,93 metr nəticə ilə göstərib. Kopelyo əvvəllər Kuba millisində çıxış etdiyi vaxt 2009-cu ildə Berlində keçirilmiş dünya çempionatında bürünc medalçı olmuşdu. O, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra da ilk medalını elə eyni məkanda təşkil olunmuş qitə çempionatında əldə edib.

Avropa çempionu adına isə son cəhdində 17,10 metr tullanmağı bacaran portuqaliyalı olimpiya və dünya çempionu Nelson Evora yiyələnib. 34 yaşlı atlet karyerasında üçüncü dəfə Avropa çempionu olub. O, daha əvvəl 2015 və 2017-ci illərdə qitənin ən güclüsü titulunu əldə etmişdi.

Bürünc medala yunanıstanlı Dimitrios Tsiamis 16,78 metr göstərici ilə sahib olub. Azərbaycanın digər təmsilçisi Nazim Babayev isə ondan cəmi 2 santimetr geri qalaraq, 4-cü yeri tutub və mükafatçılar sırasına düşə bilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR