Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək müzakirələrdə iştirak edir

Azərbaycan Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək müzakirələrdə iştirak edir
Sakura

Azərbaycan Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək müzakirələrdə iştirak edir

Ficidə Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı işə başlayıb.

Toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Maliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, mayın 5-dək davam edəcək İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramları müzakirə edəcəklər.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, 1966-cı ildə yaradılan ADB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan ADB-yə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR