Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan Aşıqlar Birliyinə sədr seçilib

Azərbaycan Aşıqlar Birliyinə sədr seçilib
Sakura

Azərbaycan Aşıqlar Birliyinə sədr seçilib

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib.

"Report" xəbər verir ki, qurultayda Məhərrəm Qasımlı Aşıqlar Birliyinin növbəti müddətə sədri seçilib.

Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya ixtisasını bitirib.

1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.

Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.

Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR