Dərc edildi: Baxış sayı: 556
Azərbaycan Aralıq dənizində keçiriləcək beynəlxalq hərbi təlimlərdə iştirak edəcək
Azərbaycan Aralıq dənizində keçiriləcək beynəlxalq hərbi təlimlərdə iştirak edəcək.
Oxu.Az “Haberler”ə istinadən xəbər verir ki, “Mavi balina 2018” adlı təlimlər sentyabrın 28-dən oktyabrın 7-dək keçiriləcək.
Təlimlərə Türkiyə, ABŞ, Azərbaycan, Əlcəzair, Bəhreyn, Qətər, Pakistan, Küveyt, Səudiyyə Ərəbistanı və Rumıniyanın hərbi-dəniz qüvvələrinin gəmiləri qatılacaq.
Təlimlər zamanı şərti düşmənin sualtı qayığının aşkarlanması və məhv edilməsi əməliyyatı keçiriləcək.
Qeyd edək ki, sentyabrın 8-də Aralıq dənizində Rusiya Hərbi-Dəniz Qüvvələrinin təlimləri keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət