Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan alimləri İsveçrədə beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan alimləri İsveçrədə beynəlxalq konfransda məruzə ediblər
Sakura

Azərbaycan alimləri İsveçrədə beynəlxalq konfransda məruzə ediblər

İsveçrədə Bern Universiteti və Avrasiya Araşdırmaları Cəmiyyəti tərəfindən “Mədəniyyətlərin təması: Mərkəzi Asiya ticarət, mədəniyyət və bilik mübadiləsinin mərkəzində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov təmsil ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlərimiz konfrans çərçivəsində xüsusilə Azərbaycan tarixinə həsr olunmuş sessiyada çıxış ediblər. Akademik Şahin Mustafayevin məruzəsi orta əsrlərdə Azərbaycanın şimal-şərqində Xəzər ticarət yolunun fəaliyyəti və bu marşrut üzərində mövcud olan tarixi abidələrin vəziyyəti ilə bağlı idi. Fərda Əsədovun məruzəsi isə erkən orta əsrlərdə Azərbaycanın şimal bölgələrində xəzərlərin mövcudluğunu sübut edən arxeoloji faktların təhlilinə həsr olunub. Alimlərimizin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Şahin Mustafayev və Fərda Əsədov Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun eyni günlərdə Berndə keçirilən akademik şurasının toplantısına da qatılıblar. Azərbaycan 2003-cü ildən UNESCO və dünyanın 9 ölkəsi ilə bərabər bu mötəbər beynəlxalq elmi qurumun tam hüquqlu üzvüdür. İnstitutun akademik şura toplantısında növbəti ildə bu qurumun fəaliyyət planı müzakirə olunub və 2020-2021-ci illərdə həyata keçiriləcək elmi layihələr təsdiqlənib.

Elmi tədbirdə İsveçrə, Fransa, İngiltərə, İtaliya, Almaniya, ABŞ, Rusiya, İsrail, Pakistan, Azərbaycan və Orta Asiya ölkələrindən qırxa qədər tarixçi və arxeoloq iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR