Slimfit
  1. ELM

Azərbaycan alimləri dünyada qəbul edilmir

Azərbaycan alimləri dünyada qəbul edilmir
Sakura

Azərbaycan alimləri dünyada qəbul edilmir

Universitetlərin dünya reytinqinə düşməsinə təsir edən amillərdən biri də həmin təhsil müəssisəsində çalışan müəllimlərin elmi məqalələrinin sayı, səviyyəsi və onlara istinaddır. Bizdə elmi məqalələr çap olunsa belə, Azərbaycan alimlərinin elmə gətirdiyi yeniliklər dünyada qəbul edilmir və ehtiyac duyulmur.

Bu sözləri Axar.az-a “Timeshighereducation.com” saytının tərtib etdiyi dünyanın ən qabaqcıl universitetləri siyasında Azərbaycan universitetlərinin olmamasının səbəblərini şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, dövlət tərəfindən təhsilə iri sərmayə ayrılmasına və diqqət mərkəzində saxlanılmasına baxmayaraq, ali təhsil müəssisələrindəki təhsil keyfiyyəti o qədər də qənaətbəxş deyil:

“1991-ci ildə müstəqlik qazandıqdan sonra Azərbaycan dünya birliyinin bir üzvünə çevrildi. Bundan sonra bizim təhsilimiz dünya təhsilinə inteqrasiya etməli idi. Müstəqilliyin ilk illərində müəyyən təhsil bilgiləri və maddi imkanı olan şəxslər demək olar ki, hər küçənin başında bir universitet açdı. Lakin həmin illərdə ali təhsil sahəsində heç də uğur qazanılmadı. Hazırda 54 ali təhsil müəssisəsi var və təəssüfləndirici haldır ki, illik təhsil haqqı yüksək olan universitetlərimizin təhsil keyfiyyəti dünya reytinqində olan universitetlərin təhsil kefiyyətindən çox aşağıdır. Dünya reytinqinə təsir edən faktorlardan biri olan təhsil müəssisəsindəki xarici tələbələrin sayı bizdə çox aşağıdır”.

Ekspert reytinqin formalaşmasına təsir göstərən amillər sırasında təhsil müəssisəsinin kampus və yataqxanasının olduğunu bildirib:

“Bizim bəzi universitetlərimizin isə yataqxanası yoxdur və ya faəliyyət göstərmir. Universitetlərin elektron kitabxanaları yox həddədir. Təhsil müəssisələrində sənaye yönümlü istehsalat olmalıdır. Amma bizim universitetlərin heç birində bu yoxdur. Universitetərin gəlirləri yalnız tələbələrin təhsil haqları üzərində qurulub. Halbuki dünya təcrübəsində universitetlər gəlir mənbəyi kimi digər sahələrdən və xidmətlərdən istifadə edir”.

Qeyd edək ki, “Timeshighereducation.com” saytı dünyanın ən qabaqcıl universitetlərinin siyahısını tərtib edib. 1500 universitetdən ibarət olan siyahıya Qafqazdan yalnız İvane Cavaxişvili adına Tiflis Dövlət Universiteti daxil olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR