Dərc edildi: Baxış sayı: 677
Azərbaycan alimi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, akademik Nazim Məmmədov, həmçinin dünya elminə verdiyi töhfələrə və yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə akademiyanın “Beynəlxalq qızıl ulduz” medalına layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu, medalı və vəsiqəsi Nazim Məmmədova təqdim edilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət