Slimfit
  1. İDMAN

Azərbaycan akrobatları Avropa çempionatını 5 medalla bitirib

Azərbaycan akrobatları Avropa çempionatını 5 medalla bitirib
Sakura
:0

Azərbaycan akrobatları Avropa çempionatını 5 medalla bitirib

İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa çempionatı başa çatıb.

APA-nın məlumatına görə, yarışların son günü Azərbaycan gimnastları ölkə tarixində ilk dəfə qitə birinciliyinin qızıl medalına sahib olublar. 

Gənclərdən ibarət kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28,600 xalla Avropa çempionu adına layiq görülüblər. Bununla da gimnastlar bir dəst medala yiyələniblər. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə gümüş mükafat qazanıblar.

Böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük də fəxri kürsüyə yüksəlib. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28,680 xalla üçüncü yeri tutublar. Son Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günü də balans hərəkətlərinə görə bürünc medal qazanıb, çoxnövçülükdə isə onlar 5-ci olub.

Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkpərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28,550 xal alan, gimnastlar 4-cü yerdə qərarlaşıblar. Çöxnövçülükdə onlar 5-ci, temp hərəkətlərinin finalında isə 6-cı olub. 

Beləliklə, akrobatika gimnastikası üzrə Avropa çempionatı yığma komanda 5 medalla başa vurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR