Slimfit
  1. AZƏRBAYCAN

"Azərbaycan adambaşına düşən hüquqi yardıma görə ən aşağı yerdə dayanır"

"Azərbaycan adambaşına düşən hüquqi yardıma görə ən aşağı yerdə dayanır"
Sakura

"Azərbaycan adambaşına düşən hüquqi yardıma görə ən aşağı yerdə dayanır"

Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən hüquqi yardıma görə ən aşağı yerdə dayanır. Bu barədə Avropa Şurasının Ədliyyə Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında deyilir.

Bu rəqəm Avropanın adambaşına hüquqi yardım büdcəsinin orta göstəricisindən (6.96 avro) 100 dəfə aşağıdır.

Ədliyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, hesabatla tanış olandan sonra öz münasibətlərini açıqlayacaqlar.

Hesabatda göstəririlir ki, Azərbaycan hər 100 min nəfərə 5.2 peşəkar hakimin düşdüyü ən aşağı göstəricisi olan ölkələr siyahısındadır.

2016-cı ilə qədər dövrü əhatə edən hesabatda Azərbaycandakı ədliyyə mühiti təhlil olunub.

Tədqiqatçılar hesab edirlər ki, Azərbaycanın göstəriciləri son illər ərzində aşağı düşüb.

Azərbaycan məhkəmə xərclərinə görə də Avropa ölkələrindən xeyli geri qalır, amma hakimlərin orta aylıq Ermənistan və Rumıniyada olduğu kimi yüksəkdir. Karyeralarının başlanğıcında hakimlər orta əməkhaqqından 4 dəfədən çox, karyeralarının sonunda isə orta əməkhaqqından 6 dəfədən çox qazanırlar.

Avropada karyerasının sonlarında olan hakimin gəliri ölkədə orta əməkhaqqından 4.5 dəfə çoxdur.

Azərbaycan adambaşına düşən vəkil sayına görə ən aşağı göstəricilərə sahibdir - hər 100 min nəfərə 9.5 vəkil düşür. Bu, orta Avropa göstəricisindən (162 vəkil) 17 dəfə azdır.

Sorğuda iştirak edən ölkələr arasında Azərbaycan 2016-cı ildə adambaşına məhkəmə sisteminə ən aşağı dövlət büdcəsi (7.8 avro) ayıran ölkə olub. Qonşu Gürcüstanda bu rəqəm 9.7 avro olub.

Hesabat 2016-cı ilin göstəricilərinə istinadən yazır ki, Azərbaycanda hər 100 min nəfərə 11 prokuror düşür ki, bu da Avropa üzrə orta göstəricidən azdır.

Ədliyyədə gender bərabərsizliyi

Professional hakimlər arasında qadınların təmsilçiliyi baxımdan Azərbaycan geridə qalır.

Bu göstərici Azərbaycanda 12, Ermənistanda 25 faizdir.

Azərbaycanda prokurorların 5 faizini, vəkillərin isə 15 faizini qadınlar təşkil edir. Avropada qadın prokurorların orta göstəricisi 53 faizdir.

Azərbaycanda qadın notariuslar və icra agentləri haqqında məlumat yoxdur.

Avropa Şurasının Ədliyyə Səmərəliliyi üzrə Avropa Komissiyası 45 Avropa ölkəsi üzrə hesabat hazırlayıb.

Hesabatda vurğulanır ki, Azərbaycan manatı 2015-ci ildə fevral və dekabr aylarında 95 faizlik iki böyük devalvasiya yaşayıb. Buna görə də büdcənin avro ilə təhlilində böyük azalma özünü göstərir.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR