Dərc edildi: Baxış sayı: 499
Azərbaycan: 93 ölkə arasında üçüncü və 6 ölkədən biri
Almaniyanın Düsseldorf şəhərində təşkil olunan "Böyük Dəbilqə" turniri başa çatıb. Matc.az saytının məlumatına görə, 93 ölkədən 605 (362 kişi, 243 qadın) cüdoçunun qatıldığı yarışda Azərbaycan 10 kişi və 5 qadın idmançı ilə təmsil olunub.
Millimiz Almaniyada 1 qızıl (Məmmədəli Mehdiyev), 3 bürünc (Rüstəm Orucov, Zelim Kotsoyev, İrina Kindzerska) medal qazanıb. Bu nəticə ilə Azərbaycan 93 ölkə arasında üçüncü olub.
Birinci yerdə Yaponiya qərarlaşıb - 9 qızıl, 3 gümüş, 3 bürünc medal. Braziliya 1 qızıl, 1 gümüş, 4 bürünc medalla ikinci yeri tutub.
Ümumilikdə, Almaniyada 6 ölkənin (Yaponiya, Braziliya, Azərbaycan, Böyük Britaniya, Kuba və Kosovo) idmançısı qızıl medala layiq görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət