Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan 7 milyon dollar vəsait ayıracaq

Azərbaycan 7 milyon dollar vəsait ayıracaq
Sakura

Azərbaycan 7 milyon dollar vəsait ayıracaq

Azərbaycan gələn il əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatların donoru qismində 7 milyon dollar vəsait ayıracaq.

Yeni Sabah”ın məlumatına görə, Maliyyə naziri Samir Şərifov deyib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan gələn ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda donor ölkəsi qismində çıxış edəcək. Ayrılan vəsaitin 2 milyon dolları Asiya İnkişaf Bankının Asiya İnkişaf Fonduna, 2 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankına, 3 milyon dollar Beynəlxalq İnkişaf Assosiasiyasına veriləcək.

“Bu, Azərbaycanın beynəlxalq inkişafa verdiyi töhfə olmaqla yanaşı, son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin daha bir nümunəsidir. Bu ilin oktyabrında Azərbaycan “Qoşulmama Hərəkatının” sədri seçilib və 3 il bu böyük təşkilata sədrlik edəcək. Bundan başqa rəsmi Bakı müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Azərbaycanın təsis etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun 15 ili tamam oldu. Bu təşkilat vasitəsilə rəsmi Bakı beynəlxalq aləmdə, eləcə də müsəlman ölkələrində gənclər siyasəti ilə bağlı geniş miqyaslı tədbirlər. Kampaniyalar həyata keçirib. “Xocalıya Ədalət” kampaniyası vasitəsilə yalnız müsəlman ölkələrində deyil, dünyanın bütün nöqtələrində Xocalı faciəsini tanıdan aksiyalar təşkil olunub.

Eyni zamanda Azərbaycan Fələstinə birbaşa yardım etməklə, İslam həmrəyliyi kursunu dəstəkləyir. Bununla da beynəlxalq əməkdşalıq sahəsində ciddi uğurlara nail olmağı hədəfləyir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR