Azərbaycan 5G-nin inkişafına dair radiotezlik dəstəyi məsələsini müzakirə edib
Azərbaycan Rabitə Administrasiyası Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyasının 18-ci iclasında iştirak edib.
Ens.az xəbər verir ki, Birlikdən "APA-Economics"ə verilən məlumata görə, iclasda müzakirə olunan mövzulardan biri RRB iştirakçıları ölkələrində 5G texnologiyasının inkişafına radiotezlik dəstəyi məsələsidir.
"RRB Rabitə Administrasiyaları Rəhbərləri Şurasının birgə iclasına hazırlaşarkən iclas iştirakçıları RRB ölkələrində 5G sistemlərinin cari və planlaşdırılmış tətbiqi barədə Radiotezlik Spektrinin İdarə Edilməsi üzrə İşçi Qrupunun məlumatlarını nəzərdən keçirdilər", - məlumatda bildirilir.
İclas çərçivəsində radio rabitəsi, yayımı və Komissiya İşçi orqanlarının hesabatları kimi aktual məsələlərə baxılıb.
İştirakçılar həmçinin RRB Rabitə Administrasiyalarının istifadəsi üçün "LoRaWAN şəbəkələrinin qurulması" istinad materialını tövsiyə etdilər.
Komissiyanın və işçi orqanlarının növbəti iclasının 2021-ci ilin mart-aprel aylarında keçirilməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət