Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən vacib açıqlama

Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən vacib açıqlama
Sakura

Azərbaycan 4 günlük iş həftəsinə keçir? - Nazirdən vacib açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da 4 günlük iş həftəsinin tətbiqinin mümkünlüyü məsələsinə münasibət bildirib.

Publika.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, nazir qeyd edib ki, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil.

S.Babayev əlavə edib ki, qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər: "Azərbaycanda əməkhaqqı aylıq əsasla müəyyən edilir. 4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əməkhaqqına təsir edə bilər. Bu, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər. Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR