Dərc edildi: Baxış sayı: 7404
“Azərbaycan - 338, Ermənistan - 364, Gürcüstan 398, Rusiya 695 dollar...” - Qubad İbadoğlu
"Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar təşkil edib, bu ilin aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb, yəni son 15 ildə ermənilərin maaşları orta hesabla 250 dollar artıb”.
Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu öz facebook hesabında yazıb.
İqtisadçı bildirib ki, Azərbaycanda 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar idisə, hazırda 338 dollar təşkil edir: "Bu o deməkdir ki, müqayisə olunan dövr ərzində azərbaycanlılıarın orta aylıq nominal əmək haqqı 207 dollar artıb, yəni son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb. Diqqət edin, heç bir resursu olmayan Ermənistanda orta aylıq əməkhaqqının artımı neft-qaz bumunu yaşayan Azərbaycanla müqayisədə 43 dollar yüksək olub. Bu bir daha göstərir ki, Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə görə vətəndaşlar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanırlar".
"Müqayisə üçün qeyd edim ki, aprelin 1-ə olan məlumata görə, orta aylıq nominal əməkhaqqı Azərbaycanda 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444 dollar, Belarusda 471 dollar, Rusiyada 695 dollardır”.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox