Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva

Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva
Sakura

Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında Azərbaycan öz pavilyonu ilə təmsil olunub. Pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində dövlət siyasəti, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün görülən işlər, eyni zamanda, emissiyaların azaldılması sahəsində töhfələr barədə geniş məlumat verilib. Azərbaycanın qlobal emissiyalarda payı 0,15 faiz təşkil edir. Lakin buna baxmayaraq beynəlxalq səylərə dəstək olaraq Azərbaycan Çərçivə Konvensiyasının katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28 jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini xatırladıb ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb.

“Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin emissiya karbon neytrallığı zonası elan olunub. İqlim dəyişikliyinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Təkcə 2023-cü il ərzində artıq 2 milyon müxtəlif cinsli ağac əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasında bunun böyük bir töhfəsi olacaq”, - deyə U.Tağıyeva bildirib.

Azərbaycan iqlim dəyişikliyinə həssas olan ölkələrdən biri olduğunu qeyd edən nazir müavini bildirib ki, son illərin statistik məlumatlarının təhlili göstərir ki, ölkənin iqlim dəyişikliyinə həssaslıq indeksi artır. Lakin bu, tək Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada təbii fəlakətlər artmaqdadır. Buna görə ölkələrin qarşısında duran digər əhəmiyyətli bir vəzifə ölkələrdə erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən 2027-ci ilə qədər “Erkən xəbərdarlıq hər kəs üçün” təşəbbüsü irəli sürülüb. “Bu sahədə də Azərbaycanda dövlət investisiyaları çərçivəsində əhəmiyyətli işlər görülür. Hidrometeoroloji müşahidə şəbəkəsi ən yeni müşahidə sistemləri ilə təchiz olunur. Erkən xəbərdarlıq sisteminin regional xarakter alması Azərbaycanın məqsədlərindən biridir”, – deyə nazir müavini bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR