Dərc edildi: Baxış sayı: 414
Azərbaycan 2022-ci ildə satdığı unun həcminə görə MDB-də II ola bilər
"Azərbaycan 2022-ci ildə satdığı unun həcminə görə MDB ölkələri arasında II yerdə qərarlaşacaq".
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "BusinesStat"ın "MDB ölkələrindəki un bazarının təhlili" adlı hesabatda bildirilir.
Sənədə əsasən, 4 il sonra Azərbaycan Birlik ölkələrinin ixrac etdiyi unun 9,8%-ni təmin edəcək.
Hazırda MDB-nin un satışına görə lideri Rusiyadır. Qonşu ölkənin payı təxminən 50%-dir. Növbəti yerlərdə Özbəkistan (10,8%), Ukrayna (10,5%) və Qazaxıstan (8,9%) qərarlaşıb.
Proqnozlara görə, 2022-ci ilə qədər un satışında Özbəkistan, Ukrayna və Qazaxıstanın payı azalacaq, bu isə Azərbaycana önə keçməyə imkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət