Slimfit
  1. CƏMİYYƏT

“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
Sakura

“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda keçirilmiş “İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumunun  (IV Международный Форум “Время Инноваций 2019”) nəticələrinə əsasən “İlin İnfrastruktur layihəsi” adına layiq görülüb.

“İnnovasiya Dövrü 2019” IV Beynəlxalq Forumu çərçivəsində Bakıda innovasiya sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbir baş tutub. Tədbir iştirakçıları olan yerli və xarici mütəxəssislər innovasiyaların müxtəlif sahələrdə tətbiqi, bu sahədə müasir trendlər barədə faydalı müzakirələr apararaq müxtəlif praktiki misallar nümayiş etdiriblər.

Tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev şirkətin icra etdiyi “Azerbaijan Digital Hub” proqramının ölkədə innovasiya mühitinin inkişafına, rəqəmsal ekosistemin formalaşmasına təsirlərindən danışıb.

O, proqram çərçivəsində icra edilən infrastruktur layihələri - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə magistral fiber-optik kabelinin çəkilməsi və beləliklə də Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə Rəqəmsal İpək Yolunun formalaşması, növbəti mərhələdə Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsi, iri Data mərkəzin tikintisi barədə məlumat verib, proqramın müxtəlif fazalarının icrasının ölkəmizdə innovasiyaların tətbiqinə mühüm töhfə verəcəyini qeyd edib.

“Proqramın reallaşması ilə Azərbaycan hazırki enerji və nəqliyyat mərkəzləri statusu ilə yanaşı həm də regionun rəqəmsal mərkəzi olacaq. Bir müddət əvvəl AzerTelecom şirkətinin iştirakı ilə dövlət-özəl sektor tərəfdaşlığı Konsorsiumu da təsis olunub və biz Konsorsium çərçivəsində ölkəmizin rəqəmsal qovşağa çevrilməsi, Konsorsiumun rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinə töhfə verməsi üzərində çalışırıq” - deyə Fuad Allahverdiyev bildirib.

Qeyd edək ki, beynəlxalq forum çərçivəsində həmçinin müxtəlif sahələrdə innovasiyaların tətbiqi və inkişafı üzrə ən yaxşı layihələrin IX “İnnovasiya Dövrü” mükafatı ilə təltif edilməsi mərasimi baş tutub. AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” proqramı “İlin ən yaxşı infrastruktur layihəsi” mükafatına layiq görülüb.

4-7 dekabr tarixlərində baş tutmuş beynəlxalq forumda Azərbaycan, Rusiya və Qazaxıstanın qabaqcıl şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

“AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir.

“AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR