“Azelektrod” MMC öz gücü hesabına elektrod istehsalına başlayacaqdır.
“Azelektrod” MMC öz gücü hesabına elektrod istehsalına başlayacaqdır.
"Marja" xəbər verir ki, bunu müəssisənin rəhbəri Zamin Abbasov bildirib.
"Müəssisədə “Azelektrod” əmtəə nişanı ilə polad və dəmir qaynağı üçün 2,5, 3,2 və 4 millimetr qalınlıqda elektrodlar da qablaşdırılır. İş prosesi Türkiyə Respublikasından alınmış avadanlıqlar vasitəsilə həyata keçirilir. Gələn ilin birinci yarısında müəssisə öz gücü hesabına elektrod istehsalına başlayacaqdır", - Zamin Abbasov deyib.
“Azelektrod”un istehsal gücü inşaat materialları üçün saatda 5 ton, elektrod üçün saatda 1 tondur.
Müəssisədə istehsal olunan məhsulların yerli bazarlarla yanaşı, Azərbaycanın bütün rayonlarında və Gürcüstanda da satışı təşkil olunur.
Hazırda müəssisədə “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kafel, metlax, məsaməli beton-blok, mərmər və qranit yapışdırıcıları (ağ və boz rənglərdə), kimyəvi quru qarışıqlar, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı (bütün rənglərdə) kimi tikinti işlərində çox zəruri olan məhsullar da istehsal edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət