Dərc edildi: Baxış sayı: 604
AZEBİ Aİ-Gürcüstan Biznes Şurası ilə birgə layihələr həyata keçirəcək
Tbilisidə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) və Avropa İttifaqı-Gürcüstan Biznes Şurası əməkdaşlıq edəcəklər.
“Report”un yerli bürosu xəbər verir ki, iki qurum arasında Azərbaycan-Gürcüstan biznes forumu çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov və Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze imzalayıblar.
Memoranduma əsasən, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişafına dəstək veriləcək, iki biznes asossiasiyanın iştirakı ilə birgə layihələr, tədbirlər, görüşlər və seminarlar təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət