Slimfit
  1. CƏMİYYƏT

Azay Quliyev: “Bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq”

Azay Quliyev: “Bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq”
Sakura

Azay Quliyev: “Bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq”

“AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin rejiminin tələblərini və qadağalarını kobud şəkildə pozaraq qızına toy etməsi, toy mərasimində bir sıra rəsmlərin, o cümlədən YAP-ın icra katibinin müavini və deputat Siyavuş Novruzovun iştirak etməsi və buna həm də haqq qazandırması ictimaiyyətdə və sosial şəbəkələrdə haqlı olaraq ciddi narazılığa və hiddətə səbəb oldu”. 

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Azay Quliyev öz “Facebook” hesabında yazıb.

O daha sonra qeyd edib: “Həqiqətən də belə bir mənzərənin şahidi olmaq həm təəccüblü oldu, həm də üzücü. Təəccüblü oldu ona görə ki, uzun müddət dövlət aparatında işləmiş, deputat olmuş şəxslərin belə bir qanun pozuntusuna yol verməsini açığı deyim, şəxsən mən gözləmirdim, üzücü oldu ona görə ki, özlərinin hərəkət və davranışları ilə cəmiyyətə nümunə olmağa borclu olanlar, o cümlədən hər gün hamının karantin rejiminin tələblərinə əməl etməyə səsləyənlər özləri qanunu heçə sayaraq, vətəndaşlara hörmətsizlik edərək belə bir mərasimi düzənlədilər və iştirak etdilər.

Ona görə də onların bu cür hərəkətlərinə ictimaiyyət haqlı olaraq çox kəskin və sərt reaksiya verdi və nəticədə çox məntiqi bir sual yarandı: qanun hamı üçün qanundur, yoxsa bu qayda və qadağaların bəzilərinə aidiyyatı yoxdur və onlar istədiyini edə bilərlər?

Bu gün Abşeron rayon məhkəməsi bu suala çox ədalətli və obyektiv şəkildə cavab verdi, qanunun tələblərini pozan sabiq deputat İlham Əliyevə və onun qudası Rövşən Mustafayevə 15 sutka həbs cəzası verməklə qanuna və dövlətə açıq meydan oxumağın bədəlinin nə olduğunu hamıya göstərdi. Siyavuş Novruzova isə YAP bu hərəkətinə görə töhmət verdi.

İctimaiyyət bir daha əmin oldu ki, dövlətin qanunlarına qarşı çıxanlar kimliyindən asılı olmayaraq bu cür sərt şəkildə cəzalanacaqlar! Qanunu pozanların bağışlanılmaması və dərhal cəzalandırılması sıravi vətəndaşlarda dövlətə olan inam və etimadı daha da artırdı, qanunun aliliyini və ədaləti bərqərar etdi.

Sonda isə onu da xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizin və xalqımızın təhlükəsizliyi, sağlamlığının qorunması istiqamətində yorulmadan gördüyü işlərə, prinsipial mövqeyinə, atdığı addımlara heç kim kölgə sala bilməz, milli mənafeyə yönəlik ali iradəsinə qarşı keç kim çıxa bilməz. Xalqımız və ictimaiyyət dövlət başçısının, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın pandemiya dövründə hər bir vətəndaşın qanuni maraqlarının və mənafelərinin qorumaq üçün etdikləri fədakarlığın tam fərqindədir və bunu yüksək qiymətləndirir.

Əminəm ki, bu hadisə hamı üçün sözün hər mənasında unudulmaz bir dərs olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR